Bu gün sosial şəbəkələr hər sahəyə təsir edir. Məsələn, artıq insanlar gedəcəkləri restorana, gözəllik salonuna, mağazaya onların sosial şəbəkələrindəki paylaşımlarına baxaraq qərar verirlər. Ancaq sosial şəbəkədəki şəkillərlə real görüntü heç də həmişə eyni olmur. Bəzən bəzi satış və xidmət səhifələri başqalarının əl işlərini, məhsullarını özlərinki kimi paylaşsalar da, eynisini edə bilmirlər. Bu da müştərilərin narazılığına səbəb olur.
Bəs bu zaman istehlakçıların hüquqları nələrdir?
“Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, belə hallar istehlakçıların hüquqlarının pozulmasıdır.
“Ümumiyyətlə, bu kimi hallar sənaye mallarında da var. Bir dükan müəyyən qiymətə məhsulları satır. Başqa bir dükandan da malların şəkillərini çəkir, ucuz qiymətə paylaşır. Sadəcə olaraq müştərini özünə cəlb edir, onu başqa yerdə tikdirib, satır”.
Müsahibimizin sözlərinə görə bu cür problemlər qida sənayesində də var.
“Bu, birmənalı şəkildə istehlakçı hüquqlarının pozulmasıdır, istehlakçının aldadılmasıdır. Belə halda istehlakçılara tövsiyyə edirəm ki, 012-599-76-00 nömrəsiylə Antihisar və Bazara Nəzarət Dövlət Agentliyinə və yaxud Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat versinlər”.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:00 / 29.03.2025
Başqalarının əl işlərini özlərininki kimi PAYLAŞANLAR – Hansı məsuliyyəti daşıyırlar?
Hazırda oxunan: Başqalarının əl işlərini özlərininki kimi PAYLAŞANLAR – Hansı məsuliyyəti daşıyırlar?
Hazırda oxunan: Başqalarının əl işlərini özlərininki kimi PAYLAŞANLAR – Hansı məsuliyyəti daşıyırlar?
241379
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.