Bakıda həbsdən çıxmış şəxs viski oğurladı və yenidən SAXLANILDI

Bakıda həbsdən çıxmış şəxs viski oğurladı və yenidən SAXLANILDI

Hazırda oxunan: Bakıda həbsdən çıxmış şəxs viski oğurladı və yenidən SAXLANILDI

241375

Bakıda həbsdən çıxmış şəxs viski oğurladığı üçün yenidən saxlanılıb.

Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, 1986-cı ildə Bakı şəhərində anadan olmuş F.G. Novruz bayramı günü içmək üçün Nəsimi rayonunda yerləşən "Neptun" marketindən 1 ədədinin dəyəri 246.53 manat təşkil edən "Singleton-18" markalı viskini oğurlayıb.

F.G. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, bir neçə gün əvvəl həbsdən çıxmış F.G. "Neptun" marketindən ikinci dəfə viskini oğurlamağa cəhd edərkən mağaza işçiləri tərəfindən saxlanılıb.

Birinci dəfə oğurladığı viskini özü istifadə edib. İkinci dəfə oğurluq edərkən market əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilib.

Məhkəmənin qərarı ilə F.G. 24 gün müddətinə inzibati həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO