Quzu ətindən bahalı göbələk: "Qiyməti 60 manatdır" -VİDEO

Quzu ətindən bahalı göbələk: "Qiyməti 60 manatdır" -VİDEO

Hazırda oxunan: Quzu ətindən bahalı göbələk: "Qiyməti 60 manatdır" -VİDEO

241373

El arasında quzuqarnı adlanan göbələyin yığım mövsümüdür. Hava rütubətli olduqda bu göbələyə daha çox rast gəlinir.

Bizim.Media xəbər verir ki, quzuqarnı toplayan Oğuz sakini İbrahim İbrahimov bu göbələyin adını görünüşünə görə aldığını bildirib:

"Quzuqarnına əvvəlki qədər rast gəlinmir. Ərazidə bu bitkinin kökünü kəsdikləri üçün daha yetişmir. Məcbur olub başqa tərəflərdə axtarırıq".

İldə bir dəfə bitən bu göbələyin qiyməti quzu ətindən belə bahadır.

"Dağətəyi ərazilərdə bitir. Qiyməti 35-40 manat arasında dəyişir. Marketlərdə satılan göbələklərdən 10 dəfə, quzu ətindən isə iki dəfə bahadır. Təzə çıxdığı üçün indi qiyməti 60 manatdır", - başqa bir Oğuz sakini qeyd edib.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO