Ağsuda ağır qəza: 8 nəfər xəsarət aldı - FOTO

Ağsuda ağır qəza: 8 nəfər xəsarət aldı - FOTO

Hazırda oxunan: Ağsuda ağır qəza: 8 nəfər xəsarət aldı - FOTO

241367

Ağsuda ağır yol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Salmanova Elminaz, Zeynəb Salmanzadə, Əbülfəz Salmanov, Telman Cabbarov, Qurban Qurbanov, Hüseyn Hüseynov və Ramiz Şahbazovdur. Yaralananlardan birinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. İlkin ehtimallara görə, qəza yol hərəkəti qaydalarının pozulması və ya sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

DİN-İN Şəki regional qrupundan verilən məlumata görə, faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.




Bizim.Media ,Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO