Futbol oyunları üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı olaraq azarkeşlərin stadiona getməsini təmin etmək üçün iki xətt üzrə ekspress avtobuslar fəaliyyət göstərəcək.
Bu barədə Bizim.Media-ya açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentin rəhbəri Firuz Qarayev bildirib.
MÖVZU İLƏ BAĞLI:
Bakı küçələrinə 2020 könüllü çıxacaq – AZ QALDI
Onun sözlərinə görə, marşurut xəttinin biri Səməd Vurğun bağından, digəri isə Metropalitenin Qara Qarayev stansiyasının yaxınlığında yerləşən Sevinc kinoteatrının yanından Bakı Olimpiya Stadionuna doğru fəaliyyət göstərəcək.
Oyun günlərinin həftəsonuna təsadüf etməsinə baxmayaraq ictimai nəqliyyat – o cümlədən metro fəaliyyət göstərəcək:
“Şəxsi avtomabillərlə gəlmək tövsiyyə olunmur. Əgər xüsusi buraxılış vərəqəsi yoxdursa, şəxsi avtomabillərlə stadiona daxil olmaq mümkün olmayacaq”.
Xatirə Nəsirli, Bizim.Media