Kürdəmir rayonu, Şıxımlı kəndində yerləşən “Dan ulduzu” restoranında keçirilən toy məclisində dava salan şəxs hakim qarşısına çıxarılıb.
Bizim.Media “musavat.com”a istinadən xəbər verir ki, xuliqanlıq hərəkətləri törətməkdə təqsirli bilinən 33 yaşlı Elnur hadisə zamanı sərxoş olub.
Elnur toy məclisində tanımadığı şəxsin onun 10 yaşlı uşağını itələdiyini görüb. Həmin şəxsi axtarmağa başlayıb. Tapa bilmədiyi üçün restoranda işləyən Asif adlı şəxsdən ona kamera görüntülərini göstərməsini istəyib. Asif bununla razılaşmayıb.
Qəzəblənən Elnur restoranda stulları və pəncərələrin şüşələrini yumruqla sındırıb. Onun istəyini yerinə yetirməyən Asifə isə yumruqla zərbə vurub.
Hadisə yerinə gələn polis əməkdaşları onu saxlayıb. Zərərçəkmiş tərəf Elnuru bağışlayıb. Elnur isə əməlindən peşman olduğunu bildirib.
Məhkəmənin hökmü ilə Elnur barəsində 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:46 / 28.03.2025
Uşağını itələdikləri üçün toya dava salan şəxsə hökm oxundu
Hazırda oxunan: Uşağını itələdikləri üçün toya dava salan şəxsə hökm oxundu
Hazırda oxunan: Uşağını itələdikləri üçün toya dava salan şəxsə hökm oxundu
241345
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.