Azərbaycanın Suriyadakı səfirliyi Dəməşqdə kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil etdi – FOTO

Azərbaycanın Suriyadakı səfirliyi Dəməşqdə kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil etdi – FOTO

Hazırda oxunan: Azərbaycanın Suriyadakı səfirliyi Dəməşqdə kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil etdi – FOTO

241332

Azərbaycanın Suriya Ərəb Respublikasındakı səfirliyinin təşəbbüsü, Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi və Suriyanın “Qadın Xeyriyyə Cəmiyyəti”nin təşkilatçılığı ilə martın 25-dən 27-dək Dəməşq şəhərində (2 dəfə) və Dəməşqin böyük dağıntılara məruz qalmış Spena qəsəbəsində 1000 kimsəsiz uşaq üçün iftar süfrələri təşkil edilib.

Bu barədə Bizim.Media-ya Azərbaycanın Suriyadakı səfirliyindən məlumat verilib.
 

Bildirilib ki, Suriya Xəbər Agentliyi (Sana), “Vətən” qəzeti və Suriya televiziyasının, eləcə də qardaş Türkiyənin TRT və “Anadolu” Agentliyinin nümayəndələrinin iştirakı ilə keçirilmiş bu xeyriyyə aksiyası zamanı çıxış edən “Qadın Xeyriyyə Cəmiyyəti”nin idarə heyətinin sədri xanım Maha Diyab, eləcə də kimsəsiz uşaq Hibə Ramazan müqəddəs Ramazan ayında bu nəcib təşəbbüsə görə Azərbaycan dövlətinə təşəkkür ediblər.


Üç gün ərzində keçirilən iftar süfrələrində kimsəsiz uşaqlar üçün müxtəlif əyləncə proqramları təşkil edilib, onlara unudulmaz anlar və əsl bayram ovqatı yaşadılıb.
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO