Qurban Qurbanov reytinqdə gerilədi

Qurban Qurbanov reytinqdə gerilədi

Hazırda oxunan: Qurban Qurbanov reytinqdə gerilədi

241330

Dünyanın ən güclü məşqçilərinin reytinq cədvəli açıqlanıb.

Bizim.Media xəbər verir ki, siyahıda planetin 500 ən güclü mütəxəssisi yer alıb.
 

Cədvəldə yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1636 xala malikdir. O, dünyada 173-cüdür. Hesabat dövründə 2 xal itirən 53 yaşlı mütəxəssis 3 pillə geriləyib.


“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 55-cidir. Rusiyalı mütəxəssis mövqeyini qoruyub.

Millimizi çalışdıran Fernando Santuş 1624 xalla siyahıda 184-cüdür. Yığmamız bu ay ardıcıl 2 məğlubiyyət alsa da, portuqaliyalı mütəxəssis mövqeyini 3 pillə yaxşılaşdırıb.

Qeyd edək ki, siyahıya “Mançester Siti”nin 2130 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO