Ağdamın Sarıcalı kəndində 360 şagird təhsil alacaq – FOTO

Ağdamın Sarıcalı kəndində 360 şagird təhsil alacaq – FOTO

Hazırda oxunan: Ağdamın Sarıcalı kəndində 360 şagird təhsil alacaq – FOTO

241314

Ağdam rayonunda Sarıcalı kənd tam orta məktəbində 360 şagird təhsil ala biləcək.

Bizim.Media xəbər verir ki, 14 sinif otağı olan 360 şagird yerlik məktəbdə təhsil prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi şərait yaradılıb.
 

Otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada laboratoriyalar, texnologiya, biologiya və informatika otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.


Məktəbin ərazisində idman meydançası inşa olunub. Bu meydançadan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.

Xatırladaq ki, martın 27-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Sarıcalı kənd tam orta məktəbinin binasının açılışında iştirak ediblər.






Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO