Rusiyada ermənilər bir-birini qırır - DETALLAR

Rusiyada ermənilər bir-birini qırır - DETALLAR

Hazırda oxunan: Rusiyada ermənilər bir-birini qırır - DETALLAR

24128

Cümə axşamı günü Rusiyanın Adler şəhərinin Prosveseniya küçəsində atışma olub. Nəticədə Federal Məhkəmə İcraçıları Xidmətinin 2 əməkdaşı öldürülüb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Life nəşri yayıb.

Mənbə yazır ki, məhkəmə icraçıları bir binanın söküləcəyi əraziyə gəliblər. Hadisənin 81 nömrəli evin yaxınlığında baş verdiyi deyilir.

Nəşr atəşin evin sahibi tərəfindən açıldığını qeyd edib və ölən şəxslərin formada fotosunu yayımlayıb.

Baza Telegram kanalı isə ərazidə üç icra məmurunun olduğunu, ancaq sökülən evin sahibinin silah çıxardığı zaman bir nəfərin qaçmağı bacardığını bildirib.

Qurbanların adları da açıqlanıb: Andronik Makivasyan və Albert Azyazyan (digər mənbələrə görə bunlar Andronik Matevosyan və Albert İaqozyandır). 

61 yaşlı qatilin kimliyi də açıqlanıb: Koçiyan Vartan. Onun silahı qeydiyyatsız olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər.

TASS mənbələrə istinadən atəş açan şəxsin yaxalandığını bildirir. Agentliyin həmsöhbətinin sözlərinə görə, həmin şəxs özü polisə təslim olub. Daxili İşlər Nazirliyi həbs faktını təsdiqləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO