Bu kanalın yayımı 10 günlük dayandırıldı - FOTO

Bu kanalın yayımı 10 günlük dayandırıldı - FOTO

Hazırda oxunan: Bu kanalın yayımı 10 günlük dayandırıldı - FOTO

241260

Türkiyənin Radio və Televiziya Ali Şurası İstanbulun həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğluna dəstək məqsədilə törədilən kütləvi iğtişaşları işıqlandıran "Sözcü" telekanalına 10 günlük yayım qadağası tətbiq edib.

Tənzimləyici orqan telekanalın bəzi şərhlərini ictimai nifrət və düşmənçiliyi qızışdırmağa çağırışlar kimi qiymətləndirib.

Bizim.Media xəbər verir ki, eyni zamanda "Halk TV" və "Tele 1" telekanallarına aid beş proqramın yayımına qadağa qoyulub, inzibati cərimələr tətbiq edilib. "NOW TV "və "Ak ll" telekanallarına da cərimələr kəsilib.

Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin müxtəlif şəhərlərində müxalifətin İmamoğluna dəstək məqsədilə mitinqləri və nümayişləri keçirilib. Aksiyalar xüsusilə İstanbul və Ankara şəhərlərini əhatə edib. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, sonradan iğtişaşlara çevrilən aksiyalarda 1 879 nəfər saxlanılıb. Onlardan 260-ı həbs olunub. (Report.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO