Süni intellektin əvəzləyə bilməyəcəyi 3 peşə - Bill Qeyts açıqladı

Süni intellektin əvəzləyə bilməyəcəyi 3 peşə - Bill Qeyts açıqladı

Hazırda oxunan: Süni intellektin əvəzləyə bilməyəcəyi 3 peşə - Bill Qeyts açıqladı

241242

Süni intelekt həyatımızın hər sahəsinə sürətlə inteqrasiya edir. Hətta gələcəkdə bütün işlərin süni intelekt tərəfindən görüləcəyini təxmin etmək çətin deyil. Bu isə insanlarda gələcəkdə işsiz qalmaq qorxusu yaradır. Ancaq süni intellektin görə bilməyəcəyi işlər də var.

Bizim.Media xəbər verir ki, bu barədə "Microsoft"un qurucusu Bill Qeyts diqqətçəkən açıqlama verib. O, süni intellektin gələcəkdə bir çox işi ələ keçirəcəyi ilə bağlı proqnozları təsdiqləsə də, bəzi peşələrin bundan təsirlənməyəcəyini bildirib.

Qeytsin fikrincə, həmin 3 peşə bunlardır: proqram tərtibatçılığı, bioloq və enerji mütəxəssisliyi. Qeyts qeyd edib ki, proqram tərtibatçıları, bioloqlar və enerji mütəxəssisləri süni intellektin geniş yayılmasına baxmayaraq, uzun müddət öz əhəmiyyətlərini qoruyacaqlar. Çünki bu sahələr hələ də insan təcrübəsi və müdaxiləsi tələb edəcək.

"Süni intellekt təkrarlanan işlərdə tətbiq olunacaq, mürəkkəb təhlil, texniki bilik və yaradıcılıq tələb edən işlərdə isə insan gücünü tam əvəz etmək olmayacaq", - deyə Qeyts vurğulayıb. (Publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO