Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad olunmuş Şuşaya səfər edəcək.
Bizim.Media-nın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışıında deyib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan Bakıda İlham Əliyevlə birlikdə futbola baxacaq
Ərdoğan, həmçinin Şuşaya ailəsi ilə gedəcəyini vurğulayıb:
"Ailəlikcə işğaldan azad edilmiş Şuşaya səfər edəcəyik".
Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyini vurğulayan Türkiyə dövlət başçısı səfər çərçivəsində rəsmi görüşlər və ziyarətlər keçirəcəyini bildirib.
Bizim.Media