Naxçıvanda DƏHŞƏT: Həyat yoldaşını asaraq öldürən kişi həbs olundu

Naxçıvanda DƏHŞƏT: Həyat yoldaşını asaraq öldürən kişi həbs olundu

Hazırda oxunan: Naxçıvanda DƏHŞƏT: Həyat yoldaşını asaraq öldürən kişi həbs olundu

241193

Naxçıvanda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media "nuhcixan.az"a istinadən xəbər verir ki, Sədərək rayon sakini, 2000-ci il təvəllüdlü Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində saxlanılan 1992-ci il təvəllüdlü Azər İbrahimli barədə bu gün Sədərək rayon məhkəməsində 4 aylıq həbs-qəti imkan tədbiri seçilib.
 

Qeyd edək ki, hadisə Sədərək rayon Sədərək kəndində baş verib. Polis və prokurorluq əməkdaşlarının apardığı araşdırmalardan sonra Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra, tavandan asaraq öldürməsi müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılaraq, istintaqa təhvil verilib.


Hazırda faktla bağlı Sədərək rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

Qeyd edək ki, 25 yaşlı Aytac İbrahimli iki uşaq anası olub və o, Ağcabədi rayon sakinidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO