Gəncədə yolda aparılan təmir işləri xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsinə səbəb olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
Hərəkətdə olan "LADA Priora" markalı minik avtomobili yolda qazıntı işləri nəticəsində yığılan torpaq təpəsinə çırpılıb.
Zərbənin təsirindən avtomobil yolun kənarına aşıb. Qəza nəticəsində sürücü, 1989-cu il təvəllüdlü Q. Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona dərhal ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə zamanı avtomobilə də ciddi ziyan dəyib.
İlkin versiyaya görə, hadisəyə səbəb olan torpaq təpəsi ərazidə elektrik xətlərinin yenilənməsi üçün bir müddətdir ki, yolun hərəkət hissəsi qazıldığından yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
09:18 / 27.03.2025
Gəncədə yolda aparılan təmir işləri ağır QƏZAYA səbəb oldu: Yaralı var
Hazırda oxunan: Gəncədə yolda aparılan təmir işləri ağır QƏZAYA səbəb oldu: Yaralı var
Hazırda oxunan: Gəncədə yolda aparılan təmir işləri ağır QƏZAYA səbəb oldu: Yaralı var
241151
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.