İdman zallarına girərkən bu qaydalara əməl etməlisiniz - RƏSMİ

İdman zallarına girərkən bu qaydalara əməl etməlisiniz - RƏSMİ

Hazırda oxunan: İdman zallarına girərkən bu qaydalara əməl etməlisiniz - RƏSMİ

24115

“İdman zallarında pandemiya ilə bağlı qaydalara əməl olunub-olunmamasına Gənclər və İdman Nazirliyi tərəfindən nəzarət olunacaq.

Bizim.Media xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev deyib.

Q.Mehdiyev deyib ki,  idman zallarında sıxlığın qarşısını almaqdan ötrü   məşqlərin növbəlilik prinsipi ilə keçirilməsi əsas şərt kimi qoyulub:
 

MÖVZU İLƏ BAĞLI:

Sabahdan idman zalları açılır - ŞƏRTLƏR belədir


“COVID-19 pasportu da tələb olunur. Bu pasport iyunun 10-dan məşqlərə gələn idmançılara aiddir. Amma məşq zallarında olan təlimatçı və müəllimlərə iyulun birinə qədər möhlət verilib”.

Q.Mehdiyev 18 yaşına çatmayan şəxlərin idman zallarına buraxılması məsələsinə də aydınlıq gətirib.:

“Məşq zallarına gələn və idmanla məşğul olanların əksəriyyəti 18 yaşdan aşağı şəxslərdir. Təkcə şahmatçı və gimnastlar daha aşağı yaş qrupuna daxildir.

18 yaşına qədər şəxslər vaksinasiya prosesinə cəlb olunmur və onların hüquqları pozulmur. Onlar məşq zallarına rahat daxil ola bilərlər. Lakin onlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO