Azərbaycanda “Qorqodoba” BAYRAMI – Ölülərin adına şam yandırılır, yelləncək SALINIR – FOTO

Azərbaycanda “Qorqodoba” BAYRAMI – Ölülərin adına şam yandırılır, yelləncək SALINIR – FOTO

Hazırda oxunan: Azərbaycanda “Qorqodoba” BAYRAMI – Ölülərin adına şam yandırılır, yelləncək SALINIR – FOTO

241103

Bu gün gürcü xalqının müqəddəs milli bayramlarından biri olan “Qorqodoba” bayramıdır. Bu bayramı ölkəmizdə yaşayan milli azlıqlardan olan gürcü xalqı da qeyd edir.

“Yazın gəlişi, oyanış” mənasını daşıyan bu bayram haqqında Bizim.Media-ya danışan gürcü əsilli xanım Nino Tamazaşvili bildirdi ki, onlar Azərbaycanda yaşamaqlarına baxmayaraq öz milli bayramlarını daima qeyd edir, adət-ənənələrini yaşadırlar.

“Bu bayramı adətən yaz ayında ildə bir dəfə  qeyd edirik. Bayramda ilk öncə ölülər yad edilib, onların adına  duz salınıb, şamlar yandırılır.

Bu gün bütün evlərdə süfrələr açılır. Bu ay orucluq olduğu üçün  süfrəyə ət, süd, yumurta, yəni heyvan məşəli qidalar qoyulmur. Bayramda xüsusilə buğdadan hazırlanan “qorqod” adında yeməyin hazırlanması vacib amillərdəndir. Həmin yeməyin tərkibinə  buğda, qoz, bəzən kişmiş də qatılır.
 

Günorta saatlarında süfrə açılıb yeməklər yeyildikdən sonra hamı bir-birinə qonaq gedir, bayramlaşır. “Qorqodoba”-nın ən əsas adəti yelləncək salıb yellənmək, bir neçə oyunlar oynamaqdır”. 


Qeyd edək ki, Azərbaycanda yaşayan azsaylı xalqların öz adət-ənənələrini rahat şəkildə yaşatmaları ölkəmizin tolerant ölkə olmasını bir daha sübut edir. 






Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO