Ağdamda genişmiqyaslı tikinti və bərpa işləri həyata keçirilir.
Bizim.Media “ATV Xəbər”ə istinadən məlumat verir ki, yenidən qurulan Ağdam şəhəri ilə yanaşı, kəndlərin də tikintisi davam edir. Böyük Qayıdış proqramı çərçivəsində Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində genişmiqyaslı tikinti və quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir.
Bu kəndlərdə tikinti işləri artıq son mərhələyə çatıb. Xıdırlı kəndində 719, Sarıcalıda 200, Kəngərlidə isə 292 fərdi evin tikintisi tamamlanmaq üzrədir. Eyni zamanda, burada emalatxanalar, icma mərkəzləri, çoxfunksiyalı binalar, məktəblər, bağçalar və kənd bazarlarının tikintisi də başa çatmaq üzrədir.
Qeyd edək ki, 2025-ci ilin sonuna qədər Ağdamda 10 minə yaxın əhalinin məskunlaşması nəzərdə tutulur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:40 / 26.03.2025
Ağdamdan son görüntülər: bu üç kəndə qayıdış baş tutacaq – VİDEO
Hazırda oxunan: Ağdamdan son görüntülər: bu üç kəndə qayıdış baş tutacaq – VİDEO
Hazırda oxunan: Ağdamdan son görüntülər: bu üç kəndə qayıdış baş tutacaq – VİDEO
241043
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.