"Pəhləvan" gəmisindəki 18 Azərbaycan vətəndaşı artıq Azərbaycandadır

"Pəhləvan" gəmisindəki 18 Azərbaycan vətəndaşı artıq Azərbaycandadır

Hazırda oxunan: "Pəhləvan" gəmisindəki 18 Azərbaycan vətəndaşı artıq Azərbaycandadır

240996

Novruz bayramında evinə dönən 18 Azərbaycan vətəndaşından biri xaçmazlıdır.

Eritreyada saxlanılan "Pəhləvan"gəmisindəki 18 Azərbaycan vətəndaşı artıq Azərbaycana gətirilib.

Keçən il sentyabrın 19-da Bakıdan Fars körfəzinə yola düşən gəmi noyabrın 7-də Eritreya sahillərində  saxlanılmışdı. Gəmidə olan Azərbaycan vətəndaşları dövlət başçısının tapşırığına əsasən Vətənə gətirilib.

Xarici İşlər və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin ,həmçinin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin birgə apardığı işlər sayəsində saxlanılan gəmi heyəti artıq Azərbaycandadır.

Gətirilən 18 Azərbaycan vətəndaşından biri də 37 yaşlı Xaçmaz sakini Saleh Vələdovdur.

Salehin ailə üzvləri 4 aydan sonra evə qayıtmasını çox sevinc hissilə qarşılayıblar və əməyi keçən bütün dövlət qurumunlarına, xüsusən Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal  bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO