“Məcburi köçkünlərin əksəriyyəti yurdlarına qayıtmaq niyyətindədir” - Komitə sədri

“Məcburi köçkünlərin əksəriyyəti yurdlarına qayıtmaq niyyətindədir” - Komitə sədri

Hazırda oxunan: “Məcburi köçkünlərin əksəriyyəti yurdlarına qayıtmaq niyyətindədir” - Komitə sədri

24096

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Dövlət Komitəsindən məlumat verilib.

Komitə sədri işğaldan azad edilən əraziərdə görülən işlər haqqında qonaqlara məlumat verib. Bildirib ki,bu ərazilərdə minalardan və partlayıcı qalıqlardan təmizlənməsi işləri aparılır, dağıdılımış şəhər və kəndlərin bərpasına, infrastrukturun yaradılmasına başlanılır. 
 

MÖVZU İLƏ BAĞLI:

“Qızılqum” köçkünləri çarəsiz DURUMDA – Onlara ev Qarabağda veriləcək? - FOTOLAR


Bildirib ki, doğma yurdundan ayrı düşmüş məcburi köçkünlərin mütləq əksəriyyəti öz daimi yaşayış yerlərinə qayıtmaq niyyətindədir:

“Könüllülük prinsipi ilə həyata keçiriləcək qayıdış prosesi həmin ərazilərdə təhlükəsizlik və layiqli həyat şəraiti təmin edildikdən sonra başlanacaq”.

R.Rzayev diqqətə çatdırıb ki, minalanmış ərazilərin xəritəsinin verilməsi üçün Ermənistana təzyiq göstərilməsi ilə bağlı müraciət edilib.

Bildirilib ki, xəritələrin Azərbaycana verilməsindən imtina edilməsi qayıdış prosesinin uzanmasına, eyni zamanda, həmin ərazilərdə xidməti vəzifəsini yerinə yetirən, işləyən vətəndaşların, o cümlədən doğma yurduna qayıtmağa tələsən bəzi məcburi köçkünlərin həyatlarını itirməsinə səbəb olur. 

Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinş ata yurdu Azərbaycanda olmaqdan məmnunluq ifadə edib. Bildirib ki, Latviya hər zaman Azərbaycana dəstəyini nümayiş etdirib.

Daha sonra məcburi köçkünlərin məşğulluq, mənzil-məişət şəraitinin yaxşılaşdırılması kimi sahələrdə əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO