Quba-Xınalıq yoluna ötən gün yağan qar bəzi sürücülərə problem yaşadıb.
Belə ki, Xınalıq kəndinə avtomobilin təkərinə zəncir taxmadan qalxan sürücülər geri dönəndə qar "sürprizi" ilə qarşılaşıblar. Bu səbəbdən yolda çətinlik yaşanıb. Bəzi sürücülər nəqliyyat vasitələrinə üzərlərində olan zənciri təkərlərə bağlayandan sonra yollarına davam ediblər.
Quba 5 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov Bizim.Media-ya məlumat verib ki, Xınalıq yoluna 35-40 sm qar yağıb. Yolda hərəkət var, hazırda yolun qardan təmizlənməsi işləri aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
10:23 / 25.03.2025
Güclü qar Qubada sürücülərə çətin anlar YAŞATDI – ANBAAN VİDEO
Hazırda oxunan: Güclü qar Qubada sürücülərə çətin anlar YAŞATDI – ANBAAN VİDEO
Hazırda oxunan: Güclü qar Qubada sürücülərə çətin anlar YAŞATDI – ANBAAN VİDEO
240888
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.