XVIII əsr Azərbaycan şairinin ana dilimizdə şeirləri aşkarlanıb -  FOTO

XVIII əsr Azərbaycan şairinin ana dilimizdə şeirləri aşkarlanıb - FOTO

Hazırda oxunan: XVIII əsr Azərbaycan şairinin ana dilimizdə şeirləri aşkarlanıb - FOTO

240883
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov indiyədək adı ədəbiyyat tariximizə düşməmiş XVIII əsr Azərbaycan şairi Mir Fəttah Marağayinin anadilli şeirlərini aşkar edib.xa0

Bu barədə Moderator.az -a AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun İctimaiyyatla əlaqələr şöbəsindən məlumat verilib.

Mir Fəttah Marağayi dövrünün görkəmli mütəsəvvif alimi, Marağa şəhərinin şeyxülislamı, Səfəvi hökmdarı Sultan Hüseynin müasiri olmuş, 1761-ci ildə Kərim xan Zəndin hakimiyyəti dövründə vəfat etmişdir. Onun ədəbi irsinə "Riyazül-fütuh" və "Saqinamə" adlı məsnəviləri, eləcə də, şeirləri daxildir. Şair ana dilindəki şeirlərini "Fəttah", farsca şeirlərini "İşraq" təxəllüsü ilə yazmışdır. Mir Fəttah Marağayinin Məclis kitabxanasından surəti əldə edilmiş 77 vərəq həcmindəki anadilli şeirləri Kərbəla hadisələrinə həsr edilmiş, yüksək bədiiliyi ilə seçilən sadə dildə yazılmış məsnəvilərdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO