4 gündür komada olan qazi ilə bağlı QƏRAR veriləcək – Atasından AÇIQLAMA

4 gündür komada olan qazi ilə bağlı QƏRAR veriləcək – Atasından AÇIQLAMA

Hazırda oxunan: 4 gündür komada olan qazi ilə bağlı QƏRAR veriləcək – Atasından AÇIQLAMA

24087

İyunun 4-dən komaya düşən II Qarabağ Müharibəsi qazisi Zeynal Şahhüseynov hələki ayılmayıb.

Bu barədə Bizim.Media-ya qazinin atası Füzuli Şahhüseynov bildirib. Atanın sözlərinə görə Lənkəran Mərkəzi Xəstəxanasında müalicə alan oğlu hazırda həyatla mübarizə aparır:

“Durumu çox ağırdır. Həkimlər ayağa qalxması üçün mücadilə edirlər. Ümidimizi Allaha bağlamışıq. Oğlum yaralandıqdan sonra döyüş zonasından çıxarılaraq oktyabrın 9-da Bakı Şəhər Hərbi Hospitala yerləşdirilib.
 

Noyabrın 7-dı isə hospitaldan təxris olunub. Ondan sonra müalicəsini evdə davam etdirdi. Kəskin baş ağırıları, ayağında keyimə var idi.  Bu günlərdə təsadüfən Lənkəranda olanda halı pisləşib və özündən gedib. Yanındakıların köməyilə xəstəxanaya yerləşdirilib. 4 gündür komadan ayılmır”.


Qazinin Füzuli uğrunda gedən döyüşlərdə qəhramancasına döyüşdüyünü və ağır yaralandığını deyən ata oğlunun kontuziyadan beynində zədələnmələr aldığını bildirib:

“Beyin damarlarında ciddi fəsadlar yaranıb. Lənkəran Mərkəzi Xəstəxana həkimləri yalnız oğlumun komadakı vəziyyətinə müdaxilə edirlər. Köçürülmə də mümkün deyil. Vəziyyəti çox ciddidir. Bu gün neyro cərrah gəlməlidir. Onun rəyi ilə köçürülmənin mümkün olub-olmadığı bilinəcək”.  

Qeyd edək ki, Masallı rayon sakini, II Qarabağ Müharibəsi qazisi Zeynal Şahhüseynov müharibə başlayandan cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib.

Hal-hazırda Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında reanimasiya şöbəsində komadadır. 
Allah qazimizə şəfa versin.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO