Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələrə Əkrəm İmamoğlunun həbsinə görə keçirilən kütləvi aksiyalara qoşulmamaqla bağlı müraciət edib.
Bizim.Media xəbər verir ki, bu barədə Müşavirliyin sosial şəbəkə hesabında paylaşım olunub.
“Hörmətli tələbələr! Təhsil aldığınız universitet və şəhərdə baş tutan aksiyalara qarışmamağınız, bu tip hadisələrin olduğu məkanlardan uzaq durmağınız xahiş olunur!”, – müraciətdə qeyd olunub.
Xatırladaq ki, bir neçə gündür İstanbul və Ankarada İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması fonunda etiraz aksiyaları keçirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:13 / 24.03.2025
Türkiyədəki aksiyalarla bağlı azərbaycanlı tələbələrə MÜRACİƏT
Hazırda oxunan: Türkiyədəki aksiyalarla bağlı azərbaycanlı tələbələrə MÜRACİƏT
Hazırda oxunan: Türkiyədəki aksiyalarla bağlı azərbaycanlı tələbələrə MÜRACİƏT
240848
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.