Masallının Ərçivan-Bədəlan kənd yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ilkin məlumata görə, yüksək sürətlə hərəkət edən „Opel“ markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə minik vasitəsi divara çırpılıb.
Hadisə nəticəsində sürücü ciddi xəsarətlər alıb. Ətrafdakılarin köməyi ilə agır yaralı olan sürücü deformasiyaya ugramış maşından çıxarılıb və o, təcili yardım vasitəsi ilə xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
18:48 / 24.03.2025
Masallıda ağır QƏZA – Avtomobil divara çırpıldı - VİDEO
Hazırda oxunan: Masallıda ağır QƏZA – Avtomobil divara çırpıldı - VİDEO
Hazırda oxunan: Masallıda ağır QƏZA – Avtomobil divara çırpıldı - VİDEO
240828
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.