Naxçıvanda həyat yoldaşını tavandan asaraq öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, Sədərək rayon sakini, 2000-ci il təvəllüdlü, iki uşaq anası Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gələrək, müvafiq araşdırmalar həyata keçiriblər. Tədbirlər nəticəsində 1992-ci il təvəllüdlü Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra, tavandan asaraq öldürməsi müəyyən olunub. A.İbrahimli şübhəli şəxs qismində saxlanılaraq, istintaqa təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam etdirilir. (Report)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:16 / 24.03.2025
Naxçıvanda qandonduran QƏTL - Ər arvadını tavandan asaraq öldürdü
Hazırda oxunan: Naxçıvanda qandonduran QƏTL - Ər arvadını tavandan asaraq öldürdü
Hazırda oxunan: Naxçıvanda qandonduran QƏTL - Ər arvadını tavandan asaraq öldürdü
240824
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.