Postda avtomobili polisin üzərinə sürən şəxsin işi məhkəməyə göndərildi

Postda avtomobili polisin üzərinə sürən şəxsin işi məhkəməyə göndərildi

Hazırda oxunan: Postda avtomobili polisin üzərinə sürən şəxsin işi məhkəməyə göndərildi

24081

Polisə zorakılıq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.

Bu barədə Bizim.Media-ya Tərtər Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aprelin 30-de Tərtər rayonu, Qaradağlı kəndi ərazisində Tərtər Rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq rayon prokurorluğunda istintaq aparılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Yasamalda polislə sakin arasında qarşıdurmanın TƏFƏRRÜATI - VİDEO


İstintaqla müəyyən edilib ki, Bərdə rayon sakini Mənsim Aslanov rayonun Qaradağlı kəndi ərazisində yerləşən komendant postundan icazəsiz olaraq keçməyə cəhd edərkən həmin postda xidməti vəzifəsini icra edən polis əməkdaşı Şəhriyar İsayevin qanuni tələblərinə tabe olmayaraq idarə etdiyi avtomobili sonuncunun üzərinə sürüb vuraraq sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirib.

Mənsim Aslanov Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO