Ağcabədidə idarəetməni itirən sürücü su kanalına düşüb.
Bizim.Media xəbər verir ki, hadisə ötən gecə rayonun Salmanbəyli kəndi ərazisində baş verib.
Belə ki, Ağcabədi rayon sakini Ağayev Tural idarə etdiyi “VAZ” 21099 markalı "14-BB-922" dövlət nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə Tural Ağayev idarə etdiyi avtomobillə əkin sahələrinin suvarılması üçün istifadə edilən beton kanala düşüb.
Hadisə yerinə çağırılan Ağcabədi rayonu DYMH-nin yanğınsöndürən-xilasediciləri tərəfindən sürücü avtomobildən çıxarılaraq təcili tibbi yardım əməkdaşlarına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Qarabağ bürosu