Emin məlum faciədən yazdı: “Acılarına şərik oluram”

Emin məlum faciədən yazdı: “Acılarına şərik oluram”

Hazırda oxunan: Emin məlum faciədən yazdı: “Acılarına şərik oluram”

240669

Rusiyada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus olan "Crocus City Hall"da təşkil edilən faciəvi terror aktından 1 il keçir.

Bizim.Media xəbər verir ki, Xalq artisti Emin Ağalarov onlara aid olan məkandakı hadisə ilə bağlı paylaşım edib. 
 

"Düz bir il əvvəl unudulması mümkün olmayan dəhşətli bir hadisə baş verdi. 22 mart, 2024-cü ildə "Crocus City Hall"da terror aktı qurbanlarının xatirəsinə ehtiramla. Terror qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və acılarına şərik oluram. Yüzlərlə insanın həyatını xilas etmək üçün özünü qurban verməkdən çəkinməyən hər kəsə sonsuz təşəkkürlər. Əbədi yaddaşlarımızdasınız..." deyə Ağalarov paylaşımında yazıb. 


Qeyd edək ki, terror ötən il martın 22-si axşam saatlarında bir qrup silahlı yaraqlı "Piknik" qrupunun konserti zamanı kompleksə girərək atəş açıb. Daha sonra bina alovlanıb və çöküb.

Faciədə 145 nəfər həlak olub, 551 nəfər yaralanıb. Hadisə ilə bağlı 10-dan çox şəxs həbs edilib. /Axşam.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO