Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bir müddət öncə bildirib ki, heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı. O, dana və quzuların erkən yaşda kəsilməsinin əleyhinə olduğunu qeyd edib,
Deputatın təklifi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Bizim.Media xəbər verir ki, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Modern.az-a bildirib ki, dünya praktikasında qeyri-peşəkarlar aqrar sahə ilə bağlı təkliflər vermir, qanunda dəyişikliklə bağlı çıxışlar etməkdən çəkinirlər:
“Sahəni dərindən bilmədən sahə ilə bağlı nəsə danışmaq yersizdir. Bütün ölkələrdə qədim zamanlardan heyvanların kəsim zamanını sahibkarlar müəyyən edir. Heyvanın kəsim zamanı heç bir ölkədə dövlət qanunu ilə tənzimlənmir. Bunu kim uydurdu, kim dildən-dilə gəzdirdi bilinmir. Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədovun da çıxışı olmuşdu. İndi də Aqrar siyasət komitəsinin sədrinin belə bir çıxış etməsi yalnızca qeyri-peşakarlıqdan irəli gəlir.
Çünki heyvanlar ilk aylarda daha sürətlə inkişaf edirlər. Məsələn, quzular 6 ay müddətinə, eləcə də buzovlar 6-7 müddətinə sürətə inkişaf edirlər. Sonrakı etapda isə gündəlik yem tələbatı artır.
Elə bil ki, bütün canlılar ilk etapda sürətlə inkişaf edir. Sonrakı etapda isə təbii inkişaf dayanır və ancaq qidalanma hesabına inkişaf mümkün olur”.
V.Məhərrəmli bildirib ki, Azərbaycanda ot və yem çatışmazlığı var:
“Biz tələbatımızdan 2.5 dəfə az ot, 15 dəfə az qüvvəli yem istehsal edirik. Belə bir halda heyvanları uzun müddətə saxlamaq mümkün olmayacaq. Olsa da, baş sayı azalacaq.
Ölkəmizdə 1.8 milyon xırdabuynuzlu, 350 min iribuynuzlu heyvan sayı azalıb. Bunun səbəbi kifayət qədər yem olmamasıdır. Əgər yem olarsa, niyə sahibkarlarımız daha az heyvan saxlasınlar?! Azərbaycanda ətin qiyməti regionda ən yüksək dərəcədədir. Ət istehsal edib satmaq sahibkarlarımıza sərf etdiyi halda bunu etmirlər, çünki örüş əraziləri tükənib, məhsuldarlıq aşağı düşüb”.
Müsahib qeyd edib ki, kənd təsərrüfatı naziri və Aqrar siyasət komitəsinin üzvləri nə etdiyini bilmirlər:
“Yaxşı olar ki, onlar nəsə deməzdən əvvəl mütəxəssislərlə məsləhətləşsinlər. Əgər imkan yaradılarsa, Aqrar siyasət komitəsinin üzvlərindən özünü ən hazırlıqlı hesab edənlərlə bu məsələni müzakirə etməyə hazıram. Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi bu sahədə çalışan sahibkarlara ciddi problem yarada bilər. Məmurlar elə deməklə deyil, mən bilirəm ki, onların əksəriyyəti 4-5 aylıq quzu əti ilə qidalanırlar. Bu əgər qanun şəklində həyata keçirilərsə, fermerlərlə yanaşı, istehlakda da ciddi problemlər yaradacaq. Elə adamlar var ki, onlar quzu əti yeyə bilir, amma toğlu ətini yeyə bilmir. Yaxşı olar ki, hər kəs öz bildiyi sahə üzrə danışsın. Bu sahə olduqca mürəkkəbdir, onsuz da bərbad vəziyyət yaradıblar, daha da pis günə qoya bilərlər”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:30 / 22.03.2025
Kənd təsərrüfatı nazirinin çıxışı qeyri-peşəkarlıqdır - Ekspert
Hazırda oxunan: Kənd təsərrüfatı nazirinin çıxışı qeyri-peşəkarlıqdır - Ekspert
Hazırda oxunan: Kənd təsərrüfatı nazirinin çıxışı qeyri-peşəkarlıqdır - Ekspert
240580
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.