Təbiətlə ünsiyyət ağrıları azaldır?

Təbiətlə ünsiyyət ağrıları azaldır?

Hazırda oxunan: Təbiətlə ünsiyyət ağrıları azaldır?

240535

Təbiətlə ünsiyyət ağrıların azalmasına səbəb olur.

Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, Vyana Universitetinin nevroloqları və beynəlxalq tədqiqat qrupunun rəhbərlik etdiyi yeni bir araşdırmaya görə təbiətlə qarşılıqlı əlaqə, hətta təbiət videolarına baxmaq fiziki ağrıları azalda bilir.
 

Tədqiqat çərçivəsində funksional maqnit rezonans görüntüləmədən (FMRI) istifadə edilərək iştirakçıların təbiət mənzərələrini seyr edərkən hiss etdikləri ağrıları daha az şiddətli və narahatedici kimi qiymətləndirdikləri müşahidə edilib.


Qeyd edək ki, tədqiqat çərçivəsində ağrıdan əziyyət çəkən iştirakçılara üç fərqli video göstərilib: təbiətə baxış, qapalı yerin görünüşü və şəhər mənzərəsi.

Beyin fəaliyyəti FMRI ilə ölçülən iştirakçılar təbiətin mənzərəsinə baxarkən daha az ağrı hiss etdiklərini bildiriblər.

Tədqiqatın aparıcı müəllifi və Vyana Universitetinin fəlsəfə doktoru Maks Stayninqer təbiətin beyinə təsiri barədə bu fikirləri deyib:

“Adətən, plasebo effekti ağrının emosional qavrayışını dəyişdirir. Lakin təbiət şəkilləri beynin ağrıları emal etmə tərzinə birbaşa təsir edərək, onun xam duyğu siqnallarını azaldır. Bu, iştirakçıların gözləntilərindən deyil, birbaşa ağrı siqnallarının dəyişməsi nəticəsində yaranan təsir kimi görünür".

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO