"Crocus City Hall"da törədilən terror aktının təşkilinin arxasında Rusiyaya dost olmayan dövlətin xüsusi xidmət orqanları dayanır.
Bizim.Media xəbər verir ki, bu açıqlama ilə Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko çıxış edib.
O bildirib ki, terror aktının məqsədi Rusiya Federasiyasında sabitliyi pozmaq olub.
S.Petrenkonun sözlərinə görə, terror fəaliyyətini həyata keçirmək üçün prosesə beynəlxalq terror təşkilatının üzvləri cəlb olunub. (Oxu.az)
Bizim.Media