Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli su verilmir - SƏBƏB

Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli su verilmir - SƏBƏB

Hazırda oxunan: Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli su verilmir - SƏBƏB

240510

Naxçıvan şəhərində su xəttində qəza vəziyyəti yaranıb.

Bizim.Media xəbər verir ki, Naxçıvan Su-kanal İdarəsindən AZƏRTAC-a bildirilib ki, qəza şəhərin Əliqulu Qəmküsar küçəsi, Babək və Əlincə məhəllələrini içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb.
 

Qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar həmin ərazlərin müəyyən ünvanlarına suyun verilməsində fasilələr yaranıb.


Xətdə bərpa işlərinin gün ərzində yekunlaşdırılması və içməli suyun verilişinin bərpası nəzərdə tutulub. Hazırda Naxçıvan Su-kanal İdarəsinin əməkdaşları ərazidə qazıntı işləri həyata keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO