Bakıda karqo şirkətlərindən birinin ofisinə hücum etməkdə şübhəli bilinən şəxs müəyyən edilib, izahatı alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“Vətəndaş F.Ələşrəfzadə martın 19-da Nəsimi rayonu ərazisində yerləşən ofislərin birində ona naməlum şəxs tərəfindən fiziki zor tətbiq edilməsi barədə polisə müraciət edib. Daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib, izahatı alınıb”, – məlumatda qeyd edilib.
Hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticəsinə əsasən məsələyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, daha əvvəl paytaxtın Nəsimi rayonunda yerləşən karqo şirkətinin ofisinə hücumla bağlı məlumat yayılmışdı. Videogörüntülərdə ofisə daxil olan şəxsin əməkdaşa hücum edərək xəsarət yetirdiyi əks olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:40 / 21.03.2025
Bakıda karqo şirkətinə HÜCUM OLUNDU
Hazırda oxunan: Bakıda karqo şirkətinə HÜCUM OLUNDU
Hazırda oxunan: Bakıda karqo şirkətinə HÜCUM OLUNDU
240448
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.