Bakının bu ərazisində SU KƏSİLDİ

Bakının bu ərazisində SU KƏSİLDİ

Hazırda oxunan: Bakının bu ərazisində SU KƏSİLDİ

240413

Bakı şəhəri, Xətai rayonunun bir neçə küçəsində suyun verilişi dayandırılıb.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, Neapol və M.Rüstəmov küçələrinin kəsişməsində yerləşən ərazidə suyun verilişinin dayandırılma səbəbi rayonun Məhəmməd Hadi, 81 ünvanındakı magistral su xəttində baş verən qəzanın araşdırılmasıdır.
 

Rayonun Corat küçəsində də suyun verilişi dayandırılıb. Buna səbəb isə 8 Noyabr prospekti, 59 nömrəli tam orta məktəbin yanında su xəttində qəzanın baş verməsidir.


Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda gün ərzində suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək:

Bildirilib ki, su xəttində baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar görülən işlər çərçivəsində suyun verilməsində fasilə yaranıb, işlər yekunlaşandan sonra bu gün ərzində suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO