Boşanmadan da aliment almaq mümkündür – HÜQUQİ İZAH

Boşanmadan da aliment almaq mümkündür – HÜQUQİ İZAH

Hazırda oxunan: Boşanmadan da aliment almaq mümkündür – HÜQUQİ İZAH

240395

Ölkəmizdə boşanma hallarının artması ən çox müzakirə olunan mövzulardan biridir. Müxtəlif amillər buna səbəb olaraq göstərilsə də, bəzi fikirlərə görə isə artıma əsas stimul verən amillərdən biri də alimentdir.

Ancaq Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən nikah pozulmadan da aliment almaq olur.
 

MÖVZU İLƏ  BAĞLI:

Xəyanət edənlər boşananda TƏZMİNAT ÖDƏYƏCƏK?


Bəs bu necə mümkündür?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən vəkil Babək Həmidov bildirir ki, şəxslər nikahda olduğu halda da uşaqların onda qaldığı valideyn bunun üçün aliment tələb edə bilər.

“Aliment tələbiylə bağlı Mediasiyaya müraciət olunmalıdır. Mediasiyada tərəflər alimentin məbləği və ödənilmə qaydasıyla bağlı razılaşma əldə etməsələr, maraqlı tərəf məhkəmədə qarşı tərəfi cavabdeh qismində göstərməklə aiddiyəti məhkəməyə müraciət edir. Aliment tələbiylə məhkəmədə iddia qaldırır”, - deyə Babək Həmidov bildirib.

Qeyd edək ki, cari ildə alimentin minimum miqdarı 246 manatdır.

Ailə üzvlərinin aliment öhdəlikləri Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən tənzimlənir.

Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

- 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

- 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

- 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO