Ağcabədidə 13 yaşlı qız “ana” oldu - Cinayət işi açıldı

Ağcabədidə 13 yaşlı qız “ana” oldu - Cinayət işi açıldı

Hazırda oxunan: Ağcabədidə 13 yaşlı qız “ana” oldu - Cinayət işi açıldı

240326

Ağcabədidə 23 yaşlı şəxslə 13 yaşlı qız nişanlayıblar. Ailələrin razılığına görə qızın 18 yaşı tamam olanda rəsmi nikah olacaqmış.

Bizim.Media Musavat.com-a istinadən xəbər verir ki, nişan məclisindən sonra qızla oğlan cinsi münasibətdə olublar.
 

Qızın hamilə olduğu məlum olduqdan sonra ailələr evdə yaxın qohumların iştirakı ilə toy məclisi də təşkil ediblər.


Hamilə olan qız xəstəxanaya müayinəyə gedən zaman həkimlər bu barədə polisə məlumat veriblər. Buna qədər ailələr məsələni gizli saxlamağa çalışıblar.

Faktla bağlı cinayət işi açılıb. Məhkəmə istintaqı dövründə onların övladları dünyaya gəlib.

Zərərçəkmiş kimi tanınan 13 yaşlı Gülər (ad şərtidir) və ailəsi şikayətçi olmayıb. Onlar övladlarının dünyaya gəlməsi də yüngülləşdirici hal kimi nəzərə alınıb.

Məhkəmənin hökmü ilə Şəhriyar (ad şərtidir) barəsində şərti cəza təyin edilib. Həbsdə olan Şəhriyar azadlığa buraxılıb və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO