Xocalıda Novruz konserti KEÇİRİLDİ - FOTO

Xocalıda Novruz konserti KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: Xocalıda Novruz konserti KEÇİRİLDİ - FOTO

240314

İşğaldan azad edilən Xocalıda Novruz bayramı böyük sevinclə qeyd edilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, şəhərin mərkəzində keçirilən mərasimdə çıxış edənlər xocalıları Novruz bayramı münasibətilə təbrik edərək ən xoş arzularını bildiriblər.

Bayram şənliyində tonqal qalanıb, Xocalı sakinləri tonqal ətrafında rəqs ediblər. Bayram şənliyi Xocalı sakinlərində xoş ovqat yaradıb. Onlar uzun illərdən sonra baharın gəlişini öz doğma elində, evində keçirdiklərinə görə sevincli olduqlarını dilə gətiriblər.



Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO