Jurnalistlə kobud davranan həkimlər cəzalandırıldı

Jurnalistlə kobud davranan həkimlər cəzalandırıldı

Hazırda oxunan: Jurnalistlə kobud davranan həkimlər cəzalandırıldı

24031

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının səlahiyyətli şəxsləri cəzalandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. 

Tibb ocağının baş həkimi Eldar Kərimov, travmatoloq Cavid İsmayılov, cərrah Tofiq Balakişiyevə intizam məsuliyyətinə cəlb edilərək töhmət verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Peyvənd vurmaqdan imtina edən tibb işçisi cəzalandırıldı


“Ümid edirik ki, bir daha tibb işçiləri tərəfindən həkim etikasına yaraşmayan belə davranışlar təkrarlanmayacaq. Vətəndaşlarımızı, eləcə də media təmsilçilərini isə neqativ hallara qarşı mübarizədə birgə fəaliyyətə dəvət edirik. Əminik ki, ictimai qınaq bəhrəsini verəcək”,  - məlumatda qeyd olunub.

Qeyd edək ki, dünən jurnalist Aynur Elgünəş sürücülük vəsiqəsini yeniləmək üçün Mingəçevir şəhər xəstəxanasına müraciət edərək sağlamlıq haqqında arayış almaq istəyib. Baş həkim ona “əlil nədir, maşın sürmək nədir” deyə irad bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO