Ağdamda 2 gənci bıçaqlayan kollec tələbəsi SAXLANILDI

Ağdamda 2 gənci bıçaqlayan kollec tələbəsi SAXLANILDI

Hazırda oxunan: Ağdamda 2 gənci bıçaqlayan kollec tələbəsi SAXLANILDI

240303

Ötən gün 2 nəfərə bıçaqla xəsarət yetirərək qaçan Abdullasoylu Həsən Zaur oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Bizim.Media report-a istinadən xəbər verir ki, H.Abdullasoylu Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin Fiziki Tərbiyə Müəllimliyinin ikinci kursunda təhsil alır.

Qeyd edək ki, saxlanılan şəxs ötən gecə aralarında yaranmış mübahisə zamanı Ağdam rayon sakinləri 2007-ci il təvəllüdlü Şirinov Turan Aqşin oğlu və 2005-ci il təvəllüdlü Allahverdiyev Yaqub Elnur oğluna bıçaq zərbələri endirib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO