Külək güclənib, bəzi ərazilərə qar və yağış yağır - FAKTİKİ HAVA

Külək güclənib, bəzi ərazilərə qar və yağış yağır - FAKTİKİ HAVA

Hazırda oxunan: Külək güclənib, bəzi ərazilərə qar və yağış yağır - FAKTİKİ HAVA

240300

Martın 20-si saat 18:00-a olan faktiki hava məlumatı yayılıb.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 

Bildirilib ki, ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir.


Qeyd edilib ki, hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Culfada 21 m/s, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 18 m/s, Naxçıvanda 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir.

Qeyd olunub ki, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Kürdəmir, Göyçay, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Hacıqabul, Beyləqan, Yardımlı, Lerik və Astarada fasilələrlə yağış yağır. Gədəbəy və Şahdağda isə arabir qar yağması müşahidə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO