Ordubadda AĞIR QƏZA – Bir ailənin 4 üzvü... – VİDEO

Ordubadda AĞIR QƏZA – Bir ailənin 4 üzvü... – VİDEO

Hazırda oxunan: Ordubadda AĞIR QƏZA – Bir ailənin 4 üzvü... – VİDEO

240265

Ordubad rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib, bir ailənin 4 üzvü xəsarət alıb.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, hadisə rayonun Dəstə kəndi ərazisində qeydə alınıb.

Belə ki, 69-BF-289 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.
 

Hadisə zamanı Ordubad rayon Qoşadizə kənd sakinləri 1989-cu il təvəllüdlü Tağıyev Tural Bəşir oğlu, həyat yoldaşı Tağıyeva Əsmər Baxışəli qızı, övladları 2016-cı il təvəllüdlü Tağıyev Vüqar Tural oğlu və Tağıyeva Səma Tural qızı xəsarət alıblar.


Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO