Bu bölgəmizdə 25-30 dərəcə istidən sonra temperatur 6 dərəcəyə kimi enib.
İki həftəlik isti havadan sonra yazın ilk gəlişini Şimal-Qərb bölgəsi dumanla qarşılayır.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəki-Zaqatala bölgəsində ötən axşamdan başlayaraq fasilələrlə yağış yağır. Ötən günlərdə bölgənin əksər ərazilərində havanın temperaturu tədricən yüksəlməyə başlayıb. Son iki gündə isə 25-30 dərəcə istilər müşahidə olunub.
Yazın ilk gününün belə keçməsi insanlarda bayram əhval-ruhiyyəsinə təsir etməsə də, çiçək açan meyvə ağaclarına, yaz qərənfillərinə təsirsiz ötüşməyəcək.
Hazırda bölgənin bir sıra avtomobil yollarında da dumanlı hava müşahidə edilməkdədir.
Xüsusən sürücülərə bu şəraitdə avtomobili idarə edərkən diqqətli olmaları, ötmə zamanı qaydalara əməl etmələri ciddi tövsiyyə edilir.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
10:09 / 20.03.2025
Şimal-qərb bölgəsinin yaz mənzərəsi – FOTO
Hazırda oxunan: Şimal-qərb bölgəsinin yaz mənzərəsi – FOTO
Hazırda oxunan: Şimal-qərb bölgəsinin yaz mənzərəsi – FOTO
240233
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.