Rusiyada istilik sistemləri ilə bağlı qaydalar sərtləşdirilir.
Bizim.Media xəbər verir ki, kombilərin işlək vəziyyətdə olması və radiatorların dəyişdirilməsi yalnız müvafiq qurumların icazəsi ilə mümkün olacaq.
Özbaşına edilən dəyişikliklər həm maddi itkilərə, həm də ciddi hüquqi problemlərə gətirib çıxara bilər.
Mövcud qanunvericiliyə görə, yaşayış binalarında istilik sistemi fərdi deyil, bina sakinlərinin ümumi mülkiyyətidir (Rusiya Federasiyasının Mülki Məcəlləsinin 290-cı maddəsi). Borular və radiatorlar mühəndislik sisteminin bir hissəsi hesab olunur və onlara müdaxilə binanın ümumi istilik tarazlığını poza bilər. Buna görə də, onların özbaşına dəyişdirilməsi və ya yerinin dəyişdirilməsi qəti qadağandır.
Bundan əlavə, Mənzil Məcəlləsinin 25-ci maddəsinə əsasən, istilik sisteminin hər hansı formada yenidən qurulması üçün yerli idarəetmə orqanlarından icazə alınmalıdır. Bu tələb, sadəcə kağız üzərində bir prosedur deyil, eyni zamanda, mümkün nasazlıqların və təhlükəli halların qarşısını almaq məqsədilə tətbiq edilir.
Bu yeni qaydalar 20 mart 2025-ci ildən qüvvəyə minəcək. (Musavat.com)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:34 / 20.03.2025
Mənzillərində kombi olan vətəndaşlar CƏRİMƏLƏNƏCƏK - YENİ QANUN
Hazırda oxunan: Mənzillərində kombi olan vətəndaşlar CƏRİMƏLƏNƏCƏK - YENİ QANUN
Hazırda oxunan: Mənzillərində kombi olan vətəndaşlar CƏRİMƏLƏNƏCƏK - YENİ QANUN
240218
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.