\

\"Oğruya doğru deyən deputat...\" - Nigar Köçərlidən sərt İTTİHAM

Hazırda oxunan: \"Oğruya doğru deyən deputat...\" - Nigar Köçərlidən sərt İTTİHAM

24019

“İndiyədək heç birimizə tanış olmayan, təyinatlı deputat Kamal Cəfərov nəhayət özünü ictimaiyyətə tanıtmaq üçün bir vasitə tapdı.

Deyir ki, oğurluq ictimai xətadır, cinayət əməli deyil. İnzibati qaydada çıxarılan tənbeh növü deyil? Kim deyir, o cəzanı biz çıxarmışıq? Kim deyir, o şəkilləri biz çəkib yaymışıq? Bu çox gülünc və yersiz ittihamlardır. Təəssüf edirəm ki, oğruya doğru deyən deputat var”. 

Bizim.Media xəbər verir ki, bunu “Ali və Nino” mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli deputat Kamal Cəfərovun kitab oğurluğu məsələsi ilə bağlı onun ünvanına dediyi sözlərə münasibət bildirərkən deyib. 

Mağaza sahibi bildirib ki, deputat özlərinin səs verdiyi qanunlara hörmətsizliyi təbliğ edir. Onun fikrincə, bu sözləri bir hüquqşünasın, həmçinin deputatın deməsi savadsızlıqdır. “Bu azmış kimi, Milli Məclisin iclasında  korrupsiya, insanların ağır sosial vəziyyətini gündəmə gətirmək əvəzinə oğurluq əməllərinə haqq qazandırmaq ayıbdır və Parlamentin adına böyük ləkədir.  Üstəlik, bu şəxs Milli Məclisin Hüquq Siyasəti və Korrupsiyaya ilə mübarizə Komitəsinin üzvüdür”. 

N.Köçərli kitab oğurluğu hadisəsinə də aydınlıq gətirib:

“Bir həftə əvvəl Fəvvarələr meydanındakı mağazamızda oğurluq baş verib. Hələ oğurlanan malların maddi dəyəri bəlli olmadan, mağazanın qarşısında satıcımız kitab oğurlayanları saxladıqda onlar kobudluq göstərib, işçimizi itələyib, götürdükləri kitabların bir neçəsini atıb aradan çıxıblar. Onların kobudluğu və qaçması səbəbindən satıcılarımız polisə müraciət ediblər və polis əməkdaşları (çox təşəkkür edirəm) bu məsələni dərhal nəzarətə götürüblər”.

O, bildirib ki, ötən həftənin 5-ci günü məhkəmə olub, hakim onları yerində azadlığa buraxıb və bununla da məsələ bizim tərəfimizdən qapanıb:

“Bir insan və bir ana olaraq, həmin iki gəncin ailə üzvlərinin vəziyyətini təsəvvür edə bilirəm. İnanın ki, mənim də bü gənclərə görə ürəyim ağrıyır. Amma satıcılarımın da əməllərinə tam dəstək oluram. Amma bu məsələdə ortalıqda oğurluq faktı var. Həcmi, maddi dəyəri azdır, çoxdur, cəzası nədir, fərq etmir və bunu təyin etmək, buna hüquqi qiymət vermək bizim işimiz deyil. Bunu polis və məhkəmə özü müəyyən edir. Bizlik olsa, həmin uşaqlar o an desəydilər ki, bu kitablara ehtiyacımız var, oxumaq istəyirik, biz heç nə etmədən buna şərait yaradardıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO