Bu gün Novruz bayramıdır

Bu gün Novruz bayramıdır

Hazırda oxunan: Bu gün Novruz bayramıdır

240185

Bu gün - martın 20-si Azərbaycanda Novruz bayramınının ilk günü qeyd edilir.

Bizim.Media xəbər verir ki, Azərbaycanda Novruz bayramı və ya Milli yeni il bayramı baharın gəlişinin qeyd edilməsi ilə bağlıdır.
 

Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının və əkinçiliyin rəmzidir.


Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır.

Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalar Novruz bayramının ibtidasını çox qədim zamanlara — Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər.

Novruz bayramı qədim ənənələrlə, oyunlarla zəngindir. Qədim ənənələrdən "Xıdır İlyas" (məhsuldarlıq, çiçəklənmə rəmzi), "Kos-kosa" — meydan məzəli oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar.

Bu bayram 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu gün də evlərdə bayram süfrəsi açılır, ləziz təamlar bişirilir, xonça bəzədilir və süfrəyə bayramın əsas atributlarından sayılan şəkərbura, qoğal, paxlava qoyulur.
 

Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika (Günəşin illik zahiri hərəkət yolu) üzrə hərəkət edərək, ekvatoru kəsməklə Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək.


Həmin andan Şimal yarımkürəsində asrtonomik yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

Bizim.Media-nın dəyərli oxucuları, xalqımızın gözəl adət-ənənələrini özündə cəmləşdirən Novruz bayramınız mübarək olsun!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO