Müəllimlərə ŞAD XƏBƏR - Maaşlar artırılacaq

Müəllimlərə ŞAD XƏBƏR - Maaşlar artırılacaq

Hazırda oxunan: Müəllimlərə ŞAD XƏBƏR - Maaşlar artırılacaq

240147

Sertifikatlaşdırma prosesinin nəticələrinə uyğun olaraq, müəllimlərin əməkhaqları artırılacaq. 

Bizim.Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib. 

O bildirib ki, prosesi uğurla tamamlayan və ya tamamlamayan kateqoriyalar var: "Qiymətləndirmənin məqsədi prosesə cəlb olunmuş şəxsləri bir-birindən fərqləndirməkdir". 

N. İsmayılbəyli qeyd edib ki, artıq sertifikatlaşma prosesini uğurla tamamlayanların sayı 55 mini keçib. Onların 17 mindən çoxu əməkhaqqını 35 faiz əlavə ilə, 38 mini isə 10 faiz əlavə ilə alır. 

"Cari ildə, Naxçıvan da daxil olmaqla, ölkənin 19 şəhərində bu imtahanı təşkil edəcəyik. Proses elektron formatda olur. Bitən kimi müəllimlər nəticələri, doğru və yanlış cavabları görə bilərlər. İmtahandan sonrakı appelyasiya mərhələsi də elektron formatda olur və qısa zamanda həyata keçirilir", - o əlavə edib. (Milli.az) 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO