Gəncədə sürücünü döyənlərin vəziyyəti necədir?

Gəncədə sürücünü döyənlərin vəziyyəti necədir?

Hazırda oxunan: Gəncədə sürücünü döyənlərin vəziyyəti necədir?

240112

Gəncədə sürücünü döydüyü üçün maşınla vurulan 3 nəfərin vəziyyəti ilə bağlı rəsmi açıqlama verilib.

Bizim. Media-nın yerli bürosu Gəncə Şəhər Birləşmiş Xəstəxanasına istinadən məlumat verir ki, 18.03.2025-ci il tarixində saat 22:40 radələrində 4 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə müxtəlif bədən xəsarətləri səbəbilə hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi yardımlar göstərilib.

Abbas Səhhət adına xəstəxananın Travmatologiya şöbəsində 1979-cu il təvəllüdlü şəxsin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır. Döş qəfəsinin travması diaqnozu təyin edilən 1996-cı il təvəllüdlü şəxsin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir. Z.Məmmədov adına xəstəxanaya yerləşdirilən 2006 və 2007-ci il təvəllüdlü şəxslər isə ambulator müalicə üçün evə buraxılıblar.
 

Xatırladaq ki, martın 18-də Tağı Arani küçəsində maşınla küçədən sürətlə keçdiyi üçün 3 nəfər sürücünü saxladıb və döyüblər. Bundan sonra sürücü avtomobili onların üzərinə sürərək vurub.


Hadisədən sonra sürücü və zərərçəkənlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Hadisə zamanı xəsarət alanlar 1979-cu il təvəllüdlü M.Qəhramanov, 1996-cı il təvəllüdlü E.Əkbərov, 2007-ci il təvəllüdlü N.Verdiyev və 2006-cı il təvəllüdlü M.Fətullayevdir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO