Azərbaycanda həbsdə olan iranlı məhbuslar ekstradisiya olunacaq

Azərbaycanda həbsdə olan iranlı məhbuslar ekstradisiya olunacaq

Hazırda oxunan: Azərbaycanda həbsdə olan iranlı məhbuslar ekstradisiya olunacaq

24009

Tezliklə Azərbaycanda həbsdə olan 20 iranlı məhbus İrana ekstradisiya olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, iranlı məhbusların 9-u qadındır və onlar həbsinin qalan hissəsini İranda çəkəcəklər.

Səfirlik bildirir ki, həmin məhbuslar əsasən narkotik vasitələr, Azərbaycana qeyri-qanuni giriş və qanunsuz yaşama ilə əlaqədar cinayətlərə görə həbs olunublar.

İran səfirliyi xoşməramlılıq və əməkdaşlığına görə Azərbaycana təşəkkür edir və qalan məhbusların esktradisiyası üçün məsləhətləşmələrin davam etdiyini bildirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO