Oğuzda DƏHŞƏT: Aptekdə satıcı qadını bıçaqla hədələdilər – ANBAAN VİDEO

Oğuzda DƏHŞƏT: Aptekdə satıcı qadını bıçaqla hədələdilər – ANBAAN VİDEO

Hazırda oxunan: Oğuzda DƏHŞƏT: Aptekdə satıcı qadını bıçaqla hədələdilər – ANBAAN VİDEO

240084

Oğuz şəhərində yerləşən apteklərin birində quldurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs həmin yerdə çalışan qadın satıcını kəsici alətlə hədələyərək kassada olan 500 manat pulu talayaraq ələ keçirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən Ramin Məmmədov saxlanılıb.
 

Ondan cinayətdə istifadə etdiyi kəsici alət maddi sübut kimi götürülüb. Araşdırmalarla saxlanılan şəxsin avtobusdan da pul oğurladığı müəyyən edilib.


Faktla bağlı cinayət işi başlanılıb, R.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO